08:59
(077) 610-22-33

“Yanan binada yaşamaq istəmirik”- Bakı meri sakinlərlə görüşür (Yenilənib)

  • >
1 881 22 May 2015 15:33 | Hadisə

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda yanmış binanın sakinləri ilə görüş keçirir.


AzNews.az APA-ya istinadən xəbər verir ki, görüş BŞİH-də təşkil olunub.

Görüşdə H. Abutalıbov sakinlərə görülmüş işlər barədə məlumat verib, ayrılan kompensasiyanın onlara çatdırılacağını bildirib.

H. Abutalıbov bildirib ki, Azərbaycan prezidentinin sərəncamı var, yanan binanın təmiri çox yüksək səviyyədə aparılacaq: "Əlimizdən gələni edəcəyik ki, dərdinizin müəyyən hissəsini üzərinizdən götürək. Ancaq bilirik ki, bu yanğında ölənlər heç vaxt yaddan çıxmayacaq".

BŞİH başçısının sözlərinə görə, Bakıda yanğına həssas üzlüklə üzlənmiş 140-dək bina var və həmin bunların hamısının üzlüyü söküləcək: "Qərara aldıq ki, bunların hamısı belə üzlükdən təmizlənsin. Bakı şəhərində belə üzlüklü bina qalmayacaq, həmin binalar ən yüksək səviyyədə təmir olunacaq".

14:48
***

AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sakinlər merə etiraz edərək təmir olunacaq evdə yaşamaq istəmədiklərini bəyan ediblər: "Biz o binada yaşamaq istəmirik. Heç birimiz o mənzilləri istəmirik".

Mer isə sakinlərin etirazına belə cavab verib: "Kim evində yaşamaq istəmrisə, getsin Hüquq Mühafizə Orqanlarına müraciət etsin. Mənə tapşırılıb ki, binanı təmir edim. Mən də binanı sona kimi təmir edəcəyəm. Siz elə bilməyin ki, məmurların hamısı zir-zibildir. Mən binanı təmir edirəm. Sabah bir şey olsa, məsuliyyət mənim olacaq. Sizdən çox mən qorxuram. Mənim də övladım var. Təmirdən sorna bir-bir otaqları yoxlayacağam. Binada indiyə kimi qaz olmayıb, təmir zamanı qaz da çəkiləcək".
image description image description image description
Bağla X