18:51
(077) 610-22-33

İlham Əliyev ali mükafatla təltif edildi- FOTOLAR

  • >
1 691 22 May 2015 22:58 | Hadisə

Mayın 22-də Bakıda BMT-nin İqtisadi–Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin açılış mərasimi keçirilib.


AzNews.az Azərtac-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib.

Mükafat Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların, BMT agentliklərinin, media və vətəndaş cəmiyyəti nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri mərasimdə baş ofisin açılışını bildirən rəmzi lent kəsilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broekə, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri xanım Malena Marda, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşiyə və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Stiven Qaysa BAMF-ın fəxri diplomları təqdim edilib.
image description image description image description image description image description image description image description
Bağla X