AXCP sədrinin müşaviri Məmməd İbrahim polis tərəindən saxlanılıb. AXCP sədrinin müşaviri Məmməd İbrahim polis tərəindən saxlanılıb.

Əli Kərimlinin müşaviri həbs edildi

AXCP sədrinin müşaviri Məmməd İbrahim polis tərəindən saxlanılıb.


AzNews.az "Azadlıq" qəzetinə istinadən xəbər verir ki, M.İbrahim Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlıya Nərimanov Rayon Polis İdarəsindən telefon vasitəsilə Məmməd İbrahim özü məlumat verib.

Qeyd edək ki, Məmməd İbrahim sentyabrın 30-da günortadan sonra Nərimanov Rayon Polis İdarəsi 18-ci polis bölməsinə çağırılıb. O, partiya yoldaşları ilə birlikdə bölməyə gedib. Cəbhəçilər bir neçə saat onu bölmənin qarşısında gözləsələr də xəbər çıxmayıb. Sonradan xəbər tutublar ki, Məmməd İbrahim bölmədən Nərimanov Rayon Polis İdarəsinə aparılıb. İdarəyə gedən cəbhəçilərə isə oradan heç bir məlumat verilməyib. Yalnız saat 23 radələrində Məmməd İbrahim özü telefonla məlumat verəndən sonra bəlli olub ki, o, həbs edilib.