21:30
(077) 610-22-33

İcra hakimiyyəti ilə şöbə müdiri arasında maliyyə qalmaqalı - İşə polis qarışdı

  • >
5 827 1 Oktyabr 2015 11:59 | Hadisə

Zərdab Rayon İcra Hakimiyyəti ilə Təhsil Şöbəsi arasında qalmaqal yaşanıb.


AzNews.az xəbər verir ki, qalmaqala səbəb icra hakimiyyəti nümayəndələrinin təhsil şöbəsinin müdiri Baba Babayevdən maliyyə sənədlərini tələb etməsi olub. B.Babayev sənədləri verməkdən imtina edib. Belə olan halda işə icra hakimiyyətinin İctimai-Siyasi Şöbəsinin müdiri Lalə Nuralıyeva qarışıb və sənədlərin verilməsini tələb edib. B.Babayev isə onların bu sənədləri istəməyə ixtiyarları olmadığını bildirib.

Məsələnin böyüməsi nəticəsində tərəflər bir-birini təhqir edib və telefonda nalayiq ifadələr işlədiblər.

L.Nuralıyevanın təhqirlərindən sonra vəziyyəti pisləşən B.Babayev rayonun hüquq-mühafizə orqanlarından kömək istəyib. Şöbə müdiri onlara "başıma bir iş gəlsə günahkar Lalə xanımdır" - deyə bildirib.

Bundan sonra B.Babayevin vəziyyəti bir az da pisləşib. Hətta çağırılan həkimlərdən biri onun dünyasını dəyişdiyini söyləyib.

Amma az sonra məlum olub ki, onun şəkəri və təzyiqi yüksəlib, buna görə huşunu itirib. 2 saatdan sonra ayılan B.Babayevi evinə aparıblar.

Məsələni dəqiqləşdirmək üçün Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayevlə əlaqə saxladıq. O, sözügedən məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi.

Lalə Nuralıyeva isə B.Babayevə başqa məqsədlə zəng etdiyini qeyd etdi: "Həmin gün icra hakimiyyətində iclas təyin edilmişdi. Biz ona həmin iclasda iştirakı ilə bağlı zəng etmişdik. Mənim maliyyə sənədlərini istəmək, ya da yoxlatmaq kimi bir səlahiyyətim yoxdur. Bizdə olan məlumata görə, həmin gün Baba müəllim xəstə olub".

L.Mehralıyevanın sözlərinə görə, həmin gün icra hakimiyətində Təhsil Nazirliyinin Zərdab rayonunda apardığı yoxlamanın nəticələrinə həsr olunmuş yığıncaq keçirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X