Rusiya Federasiyasının Sibay şəhərində qətlə yetirilən azərbaycanlı karate ustası Ceyhun Qəhrəmanov ölümü ilə bağlı yeni təfərrüatlar məlumolub. Rusiya Federasiyasının Sibay şəhərində qətlə yetirilən azərbaycanlı karate ustası Ceyhun Qəhrəmanov ölümü ilə bağlı yeni təfərrüatlar məlumolub.

Azərbaycanlı idmançı Rusiyada xüsusi amansızlıqla öldürülüb - Foto

Rusiya Federasiyasının Sibay şəhərində qətlə yetirilən azərbaycanlı karate ustası Ceyhun Qəhrəmanov ölümü ilə bağlı yeni təfərrüatlar məlumolub.


Bu barədə APA-ya məlumat verən mərhumun qohumu hüquqşünas Səməd Vəkilov bildirib ki, sentyabrın 25-də Sibay şəhərində qətlə yetirilən Ceyhun Qəhrəmanovun qətlə yetirilməsi ilə bağlı şübhəli məqamlar getdikcə artır: "Qətl hadisəsinin təfərrüatları mərhumun yaxınlarından gizlədilərək ona məhz bir bıçaq zərbəsi vurulduğunu söyləmişdilər. Sonradan bizə məlum oldu ki o "Urman" mağazasının yaxınlığında 32 yaşlı Tacikistan vətəndaşı tərəfində müəmmalı şəkildə çoxsaylı kəsici və deşici alətlərdən vurulmuş zərbə nəticəsində xüsusi amansızlıqla qətlə yetirilib. Onun meyiti küçədən tapılıb".

Qeyd edək ki, C. Qəhrəmanov sentyabrın 25-də bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti Azərbaycana gətirilərək Bakının Pirşağı qəbiristanlığında torpağa tapşırılıb.

Onun ölümü ilə bağlı araşdırmalar davam etdirilir.