19:35
(077) 610-22-33

Nazirlik hərbi qulluqçulara ev verəcək

  • >
1 277 1 Oktyabr 2015 17:52 | Hadisə

Müdafiə Nazirliyi hazırda ehtiyatda və istefada olan hərbi qulluqçulara mənzil verəcək.


AzNews.az xəbər verir ki, bununla bağlı nazirliyin saytında elan yerləşdirilib:

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin" 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən həqiqi hərbi xidmətə başlamış, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, Maliyyə Nazirliyinin müvafiq mənzil komissiyasına təqdim edilən siyahıda qeydiyyatdan keçmiş, Gəncə şəhərində daimi mənzillə təmin olunmaq istəyən hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular 6 oktyabr 2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət edə bilərlər.
Bağla X