Dünən mətbuatda paytaxtda böyrək satışı elanları ilə bağlı məlumatlar dərc olunub. Dünən mətbuatda paytaxtda böyrək satışı elanları ilə bağlı məlumatlar dərc olunub.

DİN-in “qazdan ayıq” sözçüsündən “böyrək satışı elanı” - Açıqlaması

Dünən mətbuatda paytaxtda böyrək satışı elanları ilə bağlı məlumatlar dərc olunub.


Elanlarda böyrəyin hansı qan qrupuna məxsus insana aid olması, qiyməti və əlaqə telefonları yer alıb.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verib. DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, ötən il də eyni məzmunlu elanlar yayılıb və "Qara Qarayev" metrostansiyasının çıxışında yerləşdirilən elanları vuran şəxslər artıq yaxalanıb. Bundan əlavə, E.Zahidov açıqlamasında məlumatları tirajlayan saytları dəqiqləşdirmə aparmamaqda və köhnə məlumatları yaymaqda ittiham edib.

Görünən odur ki, Daxili İşlər Nazirliyinin "qazdan ayıq" sözçüsü fotolardan yalnız birinin – Qara Qarayev metrosu yaxınlığında çəkilənin – mətbuatda yayıldığını diqqətdən yayındırıb. O biri foto isə sosial şəbəkələrdə dünən yayılıb və mətbuatda da yalnız dünən tirajlanıb.

Bundan əlavə, E.Zahidov xəbərlərin altından yazılmış "Qeyd edək ki, ötən il də, oxşar elanlarla bağlı mətbuatda yazılar dərc edilmişdi" qeydini görməyib. Yaxud da görməzdən gəlib.

Onu da bildirək ki, məlumatları dərc edən xəbər saytlarından biri olaraq məsələni qabartmaqda məqsədimiz bu tip elanların cinayət xarakteri daşıdığını çatdırmaqdır. Təsadüfi deyil ki, məlumatın ardınca İnsan Hüquqları Komitəsinin üzvü Çingiz Qənizadənin də bu tipli məsələlərlə bağlı geniş açıqlaması yer alıb.

AzNews.az