“Nikoyl” Bank bir neçə xəbər saytını məhkəməyə verib. “Nikoyl” Bank bir neçə xəbər saytını məhkəməyə verib.

Bank 15 saytı məhkəməyə verdi - Facebook statusuna görə

“Nikoyl” Bank bir neçə xəbər saytını məhkəməyə verib.



AzNews.az verir ki, bankın məhkəməyə müraciət etməsinə səbəb saytlarda Bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun əmanətlərlə bağlı məsləhət xarakterli yazısının dərc olunmasıdır.

Belə ki, Ə.Həsənov 24.08.15 tarixində şəxsi "Facebook" hesabında "Əmanətimi hansı banka qoyum?" adlı yazı paylaşıb. O, burada "Nikoyl" Bankın əmanət yerləşdirmək üçün təhlükəli bank olduğunu bildirib. Fikrini isə belə izah edib: "Çünki Rusiyada vəziyyət bizdən də ağırdır, pul qıtlığı var. İstənilən anda pulunuz Rusiyaya gedə və qayıtmaya bilər".

15 xəbər saytı isə bu yazıdan xəbər hazırlayaraq tirajlayıb. "Nikoyl" Bank xəbər saytlarını və Əkrəm Həsənovu bankın işguzar imicinə zərər vurmaqda ittiham edərək onlara qarşı 20 000 manatlıq təzminat davası açıb.

AzNews.az