01:51
(077) 610-22-33

Sərxoş sürücü qəza törətdi - Gəncədə

  • >
2 384 2 Oktyabr 2015 22:16 | Hadisə

Gəncədə yol qəzası baş verib.


AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, "Opel" markalı avtomobil Atatürk prospekti ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.

Nəticədə işıq dirəyi yolun hərəkət hissəsinə aşıb və nəqliyyatın hərəkətində qismən problem yaranıb. Avtomobil yararsız hala düşüb, sürücü yüngül xəsarət alıb.

O, hadisə yerini tərk etdiyindən kimliyi polis tərəfindən araşdırılır.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü sərxoş vəziyyətdə olub.

Hazırda işıq dirəyinin yoldan qaldırılması və nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində iş aparılır.
Bağla X