03:54
(077) 610-22-33

Bakıda polis qəzaya düşdü

  • >
3 445 2 Oktyabr 2015 22:23 | Hadisə

Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib.


AzNews.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Zabrat şosesində qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Fərid Nuriyevin idarə etdiyi "Nissan Sanny" markalı avtomobillə naməlum sürücünün idarə etdiyi 10 saylı Rayonlar arası təmir tikinti idarəsinə məxsus "MAZ" markalı avtomobil toqquşub.

Nəticədə "Nissan" markalı avtomobildə olan sərnişin, Xətai rayon Mühafizə İdarəsinin polis serjantı 1986-cı il təvəllüdlü Samir Səfərov xəsarət alıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Bağla X