Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib. Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib.

Minik və yük avtomobilləri toqquşdu - Ölən var

Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə saat 23 radələrində Bakı-Şamaxı-Evlax yolunun 206-cı km-də, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb.

Göyçay sakini, 1967-ci il Novruz Əhmədovun idarə etdiyi "99-GJ 253" dövlət nömrəli nişanlı "Mercedes" markalı minik avtomobili qarşı tərəfdən gələn İsmayıllı rayon sakini 1994-cü il Natiq Məlikovun idarə etdiyi "90 JG 229" dövlət nömrəli nişanlı KAMAZ yük avtomobili ilə toqquşub.

Hadisə zamanı minik avtomobilinin sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.