Gecə saatlarında Quba-Xaçmaz yolunun 13-cü kilometrliyində, Qubanın Zərdabi kəndi ərazisində ağır yol qəzası baş verib. Gecə saatlarında Quba-Xaçmaz yolunun 13-cü kilometrliyində, Qubanın Zərdabi kəndi ərazisində ağır yol qəzası baş verib.

Toydan qayıdan mikroavtobus qəzaya düşdü - 4 yaralı

Gecə saatlarında Quba-Xaçmaz yolunun 13-cü kilometrliyində, Qubanın Zərdabi kəndi ərazisində ağır yol qəzası baş verib.


AzNews.az report-a istinadən xəbər verir ki, qəza toydan qayıdan "Ford" markalı "40 BL 392" dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusu ilə "KİA" markalı "90 TB 530" dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yaralılardan üçü mikroavtobusda, 1 nəfər isə "KİA"da olub.

Zərərçəkənlər Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.