Göyçay rayon İcra Hakimiyyəti “Aznar” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə verilməsi məsələsinə aydınlıq gətirib. Göyçay rayon İcra Hakimiyyəti “Aznar” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə verilməsi məsələsinə aydınlıq gətirib.

Azərbaycanlı milyarder icra hakimiyyətini niyə məhkəməyə verib? -(Yenilənib)

Göyçay rayon İcra Hakimiyyəti “Aznar” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə verilməsi məsələsinə aydınlıq gətirib.


AzNews.az xəbər verir ki, İH-nin Hüquqşünası Yusif Cəbrayılov azvision.az saytına açıqlamasında bildirib ki, "Aznar" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini torpaq iddiasına görə, məhkməyə verib.

Hüquqşünasın fikrincə, "Aznar" Qapalı Səhmdar Cəmiyyəti (QSC) iddia edir ki, şirkətin rayondakı ofisinin qarşısındakı torpaq sahəsi onlara məxsusdur.

"Göyçay Rayon İcra Hakimiyyətinin isə sərəncamı var ki, həmin torpaq sahəsi "Aznar"-a yox, dövlətə məxsusdur. Ona görə, "Aznar" QSC-nin rəhbərliyi İcra hakimiyyətini məhkəməyə verib ki, həmin sərəncam ləğv edilsin. Hazırda işə məhkəmədə baxılır".

***
10:30

"Aznar" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

AzNews.az-ın report-a istinadən xəbərinə görə, QSC icra hakimiyyətinin sərəncamının ləğv edilməsini tələb edir.

İddiaya əvvəlcə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin etməyib.

Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qərar qəbul edib.

İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Qeyd edək ki, "Aznar" QSC-nin Müşahidə Şurasının sədri azərbaycanlı milyarder Fərhad Əhmədovdur. F.Əhmədov hazırda Rusiya Federasiyasında yaşayır.

"Aznar" QSC-nin ofisi Göyçay şəhərindədir.