03:49
(077) 610-22-33

“Əl-Qaidə” ilə əlaqəli şəxs Mərkəzi Bankın – “Qara siyahı”sında

  • >
1 030 6 Oktyabr 2015 14:57 | Hadisə

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin sentyabrın 21-də qəbul edilmiş qərarlarına uyğun olaraq oktyabrın 5-də ümumi siyahını yeniləyib.


Xidmətdən AzNews.az-a verilən məlumata görə, daha bir nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxsin adı Aseel Muthanadır.

Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

Ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası"na əsasən yenilənib.
Bağla X