6 uşaq anası özünü asdı - Xaçmazda
1 447Xaçmazda 55 yaşlı qadın intihar edib. Hadisə bu gün səhər Xaçmaz rayonu, Azərbaycan küçəsi, 13 ünvanında baş verib. Qadın özünü hamamda asıb.
AzNews.az xəbər verir ki, Xaçmaz Rayon Prokururluğundan ANS-ə verilən məlumata görə, həyatına qəsd edən Nərgiz Dübərovanın həm maddi problemləri olub, həm də yataq xəstəsi olan ərini itirib. Qızlarından birinin boşanması isə onun yükünü bir az da artırıb. Mərhumun 6 uşağının olduğu bildirilir.
İşlədiyi yerdən cəmi 150 manat əməkhaqqı alan qadının xeyli borcu olub. Maddi sıxıntılara tab gətirməyən qadın çıxış yolunu özünü öldürməkdə görüb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Top xəbərlər
-
Bakıda 1-ci sinif şagirdinin zorlandığı bildirilir - “Valideynlər aksiya keçirir”
-
Maral Tahirqızı rüsvayçı videosundan danışdı: “Stolun altından çəkiblər...”
-
-
"Ağadadaşın bildiyi o qədərdir" - Nəzakət Teymurovadan etiraz
-
1-ci sinif şagirdinin zorlandığı deyilən məktəbdən açıqlama: “Onları güclə saxlayırıq”