22:29
(077) 610-22-33

Uşaq 12 mərtəbəli binadan yıxılıb öldü - Bakıda

  • >
1 214 8 Oktyabr 2015 19:07 | Hadisə

Paytaxtda bədbəxt hadisə baş verib. Azyaşlı uşaq eyvandan yıxılaraq dünyasını dəyişib.


AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə Abşeron rayonunun Masazır qəsəbəsi "Yeni Bakı" yaşayış sahəsində qeydə alınıb.

Dörd yaşlı Zəhra Bağırova yaşadığı evin eyvanından (12 mərtəbəli binanın 6-cı mərtəbəsindən) yıxılıb və hadisə yerində də dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, artaşdırmalar aparılır.

İyul ayının 25-də Bakıda bənzər hadisə baş vermişdi. Paytaxtın Xətai rayon sakini 2 yaşlı Ümid Ağalı yaşadığı mənzilin eyvanından yıxılmış və yerindəcə dünyasını dəyişmişdi.
Bağla X