23:54
(077) 610-22-33

Xalq artisti Nuriyyə Əhmədova vəfat etdi (Yenilənib)

  • >
5 165 10 Oktyabr 2015 09:22 | Hadisə

Xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişib.


Bu barədə AzNews.az-a onun yaxını Elşad Yusifov məlumat verib. Onun sözlərinə görə, N.Əhmədova səhər 04:00 radələrində dünyasını dəyişib: "İnfarkt olub. Gözlənilmədən halı dəyişdi. Xəstəxanaya aparılsa da Nuriyyə xanımı həyata qaytarmaq mümkün olmadı".


***

Aparıcının sözlərinə görə, Nuriyyə Əhmədova Mərdəkanda dəfn olunacaq.

O, bildirib ki, Nuriyyə Əhmədova oğlunun yanında basdırılması üçün vəsiyyət edib.

E.Yusifov onu da bildirib ki, dəfn bu gün saat 14-16 radələrində baş tutacaq.

Xatırladaq ki, N.Əhmədova uzun zamandır ki, ürək xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Nuriyyə Əhmədova 1950-ci il 26 dekabrda Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb. İlk fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.

Sənətkar Azərbaycan filmlərində bir-birindən yaddaqalan obrazların müəllifidir.


Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X