Gədəbəy rayonu, Novosaratovka kəndində vətəndaşlara məxsus ümumi sahəsi 198 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyü yanıb. Gədəbəy rayonu, Novosaratovka kəndində vətəndaşlara məxsus ümumi sahəsi 198 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyü yanıb.

Paytaxt və bölgələrdə yanğın

Gədəbəy rayonu, Novosaratovka kəndində vətəndaşlara məxsus ümumi sahəsi 198 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyü yanıb.



Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, evin, tövlənin və ot tayasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi paytaxtın Yasamal rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 53 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.