Türkiyədə Azərbaycan Hava Yollarına məxsus təyyarənin enişi zamanı qəza baş verib. Türkiyədə Azərbaycan Hava Yollarına məxsus təyyarənin enişi zamanı qəza baş verib.

Azərbaycan təyyarəsinin enişi zamanı qəza oldu - Yaralanan var

Türkiyədə Azərbaycan Hava Yollarına məxsus təyyarənin enişi zamanı qəza baş verib.



AzNews.az-ın baku.ws-ya istinadən məlumatına görə, Bakıdan gələn "J2-079" səfər saylı təyyarə Atatürk Hava limanına yerli vaxtla saat 18:40-da eniş edib.
Təyyarə daha sonra Daxili Xəttlər Terminalındakı parking ərazisinə yönəlib.

Bu zaman təyyarəni əlindəki çubuqla istiqamətləndirən Kenan Ecer adlı işçi qəzaya düşüb.

Onun əlindəki işıqları görməyən mikroavtobusu Eceri vurub. Qəzada Kenan Ecer başından və ayağından yaralanıb. Hadisə yerinə gələn təcili tibbi yardım Ecerə ilk tibbi yardımı göstərib.

Yaralı işçi yaxınlıqdakı dövlət xəstəxanasına aparılıb. Ecerin vəziyyətinin yaxşı olduğu öyrənilib.