Ağdam rayonu ərazisində məktəbliləri daşıyan 02 BK 273 dövlət nömrə nişanlı “RAF” markalı mikroavtobus qəza törədib. Ağdam rayonu ərazisində məktəbliləri daşıyan 02 BK 273 dövlət nömrə nişanlı “RAF” markalı mikroavtobus qəza törədib.

İdmançıları daşıyan mikroavtobus qəza törətdi- Yaralılar var (Yeniləndi)

Ağdam rayonu ərazisində məktəbliləri daşıyan 02 BK 273 dövlət nömrə nişanlı “RAF” markalı mikroavtobus qəza törədib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib.

Sərnişin daşıyan mikroavtobusda Ağdam Olimpiya Kompleksində məşqdən çıxan yeniyetmə idmançılar olub.

Yaralılar, 2002-ci il təvəllüdlü, Fərəcov Eltac Seymur oğlu, 1999-cu il təvəllüdlü Məhərrəmov Ruslan Füzuli oğlu, 2005-ci il təvəllüdlü, Əsgərov Sahib Ramil oğlu, 1998-ci il təvəllüdlü Kərimli Kərim Ramiz oğlu müxtəlif bədən xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralılardan biri Bərdə Mərkəzi rayon Xəstəxanasına aparılıb.

Yeniyetmə idmançıları daşıyan "RAF" markalı avtomobilin sürücüsünün adı Şahbaz olduğu və uşaqların məşqçi müəllimləri olduğu bildirilir.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsi və Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

***
20:32

Ağdam rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, insident Ağdamın İmamqulubəyli kəndində qeydə alınıb.

"RAF" markalı mikroavtobus yoldan çıxaraq səkiyə çırpılıb, sonra isə "Lada Priora" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatları müəyyənləşdirilir.