10:30
(077) 610-22-33

Üç avtomobil toqquşdu - Yaralılar var

  • >
866 13 Oktyabr 2015 20:50 | Hadisə

Ağcabədi rayonunda üç minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ 2106", "VAZ 21011" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 2106"nın sürücüsü və sərnişini və "Opel"in sürücüsü ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bağla X