“Həmin ermənini 7 il əvvəl də udmuşdum” “Həmin ermənini 7 il əvvəl də udmuşdum”

“Ermənilər məndən qaça bilmirlər” - Rəsul Çunayev

“Həmin ermənini 7 il əvvəl də udmuşdum”


Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turnirində erməni rəqibini məğlub edən güləşçimiz Rəsul Çunayev qələbə sevincini "Region" televiziyasında yayımlanan "Günün ardınca" proqramı ilə bölüşüb.

"Buraya "Rio-2016"ya vəsiqə qazanmaq üçün gəlmişdim. Buna da nail oldum. Federasiya rəhbərliyi bizdən, şəxsən məndən qələbə gözləyirdi. Onların ümidlərini doğrultmaq üçün əlbəttə, bütün canımı qoydum ki, qələbə qazanım. Çox sevinirəm. Olimpiadaya ilk dəfə liseniya qazanmaq çox gözəl hissdir. İnşallah, bunun davamı olaraq Olimpiadadan medal gətirməyə çalışacağam".

Çunayev erməni rəqib üzərində qələbə qazanmağın zövqlü olduğunu bildirib: "Həmin ermənini 7 il əvvəl də məğlub etmişdim. O idmançı mənimlə düşəndə sevindim. Ermənilər hara getsələr, mənimlə yarışmaqdan qaça bilmirlər. İstəyirdim ki, maksimal qələbə qazanım və buna nail oldum".

Qeyd edək ki, ötən gün Rəsul Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turnirində yunan-Roma güləşi üzrə 66 kq çəkidə çıxış edib və qızıl medal qazanıb.

Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.