Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində keçirilən "Qarabağ" - "Viktoriya" oyununu (1:1) izləyənlər arasında millət vəkili Qənirə Paşayevə da var idi. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində keçirilən "Qarabağ" - "Viktoriya" oyununu (1:1) izləyənlər arasında millət vəkili Qənirə Paşayevə da var idi.

“Komandanı “yıpratmağa” çalışırıq” - Qənirə Paşayeva matçdan danışdı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində keçirilən "Qarabağ" - "Viktoriya" oyununu (1:1) izləyənlər arasında millət vəkili Qənirə Paşayevə da var idi.


AzNews.az xəbər verir ki, qarşılaşmanı Ağdam klubunun forması ilə izləyən xanım siyasətçi matçdan sonra sport7.az saytına danışıb.

O, oyunla bağlı fikirlərini bildirdikdən sonra sualları cavablandırıb

"90 dəqiqə həyəcanlı keçdi. Ancaq son 10 dəqiqə daha həyəcanlı idi. Komandamız gözəl oynadı. "Qarabağ"ın təsəlli verəcək durumu yoxdu. Mən futbolu azarkeş kimi izləyirəm. Bu oyun "Qarabağ"ın haqqı idi. Təəssüf ki, qol imkanlarını boşa verdik. Əsas odur ki, avrokuboklarda mübarizəmiz davam edir.

- Siyasətdə yaşanan stressi futbolda ata bildinizmi?

- Komandamıza azarkeşlik edirik. İstəyirik ki, "Qarabağ"ın uğurları bol olsun. Bu komanda hamımızındır. Hər birimiz fərqli-fərqli komandalara azarkeşlik edə bilərik. Ancaq "Qarabağ"ın yeri başqadır. Çünki "Qarabağ" təkcə futbol klubu deyil.

- "Qarabağ"da xüsusi rəğbət bəslədiyiniz futbolçu varmı?

- Var, ancaq adlarını çəkməyəcəm. Qarşılaşmadan sonra futbolçuların yanına gedib onları təbrik etdim. Qurban Qurbanov çox gözəl komanda yaradıb. Futbolçular da çox gözəl oynadı. Ən önəmlisi odu ki, Avropada səviyyəli komandamız var. Artıq qarşılaşdığımız komandalar da "Qarabağ"ın çətin rəqib olduğunu qəbul edirlər. Çexlər də şansa şükür etsinlər. Onlar şans sayəsində mərhələ adladı.

- Maraqlıdır ki, "Qarabağ"ın 7 nömrəli formasını geyinmisiniz. Bunun özəl bir səbəbi varmı?

- Bu, "Qarabağ"ın hədiyyəsidir. Bunu onlardan soruşsun (gülür).

- Özünüz də qeyd etdiniz ki, "Qarabağ" təkcə futbol klubu deyil. Belə ki, komandanın adı da siyasi baxımdan ciddi önəm daşıyır. Belə durumda "Qarabağ"ın beynəlxalq arenada daha uzun müddətli çıxış etməsi vacibdir. Bunun üçün daha güclü maliyyə dəstəyinə ehtiyac var - daha yaxşı legionerlər cəlb edilməli, komanda istədiyi hədəfə çatmalıdır. Bu məsələni "yuxarılar"da müzakirəyə çıxarmağı düşünmürsüz?

- "Qarabağ"a dövlətin dəstəyi hər zaman var. Dövlət bu yöndə dəstəyiniz komandadan əksik etmir. Gələcəyə doğru bu dəstək daha artacaq. Ancaq azarkeşlərin də dəstəyinin artması lazımdır. Sizin özünüz də xarici klubları izləyirsiniz. Bilirsiz ki, həmin klubların ayaqda qalmasında azarkeşlərin müstəsna rolu var. Elə anlar olur ki, komanda çöküş anını yaşayanda azarkeşlər onu ayaqda saxlayır. Çox şükür ki, "Qarabağ"ın belə bir problemi yoxdur. Bu gün azarkeşlərə baxıb sevindim. "Qarabağ"ı çox yaxşı dəstəklədilər. Ancaq bu dəstəyi hər zaman etmək lazımdır. Ancaq bir durum heç xoşuma gəlmədi. Matçın 85-ci dəqiqəsində bəzi azarkeşlər stadionu tərk etməyə başladı. Komandanın yanında olan adam final fitinə qədər stadionda, tribunada olmalıdır.

- Ölkənin ən öndə gedən jurnalistlərindən olmusunuz. Jurnalist kimi "Qarabağ"ı necə tənqid edərdiniz?

- "Qarabağ"ı tənqid etmək istəmirəm. Bilirsiniz, biz hər şeyə Azərbaycandan baxırıq. Bu yarış Azərbaycan çempionatı deyil. Rəqib komandaları dəyərləndirmək lazımdır. Qarşımızdakı heç də zəif rəqib deyildi. Bu oyun "Qarabağ"ın haqqı idi. Biz əsasən komandanı "yıpratmağa" çalışırıq. Onsuz da onlar məyus olublar. Yaxşı oynadıqları oyunu əldən verdilər. Əksinə. futbolçularımıza dəstək olmalıyıq.