“Google” axtarış sistemi azərbaycanlı güləşçi, 2 qat olimpiya mükafatçısı Rövşən Bayramovla bağlı səhvini düzəldib. “Google” axtarış sistemi azərbaycanlı güləşçi, 2 qat olimpiya mükafatçısı Rövşən Bayramovla bağlı səhvini düzəldib.

Google idmançımıza qarşı səhvini düzəltdi - “Üzr istəsinlər” + Fotofakt

“Google” axtarış sistemi azərbaycanlı güləşçi, 2 qat olimpiya mükafatçısı Rövşən Bayramovla bağlı səhvini düzəldib.

Bu barədə AzNews.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

"Dünən Google-un Azərbaycana qarşı növbəti təxribatı barədə məlumat vermişdim. Gecə ilə bu təxribatın düzəldilməsinə nail olduq. Google-dan rəsmi üzrxahlığa nail olunmasını əvvəl xahiş, sonra isə tələb edirik", - deyə federasiyadan bildirilib.

Qeyd edək ki, Google-da Rio-2016-da iştirak edən Rövşən Bayramovun adının altına erməni idmançının şəkli yerləşdirilmişdi.

Aygün