Məlum olduğu kimi, bu gün Rioda keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Olimpiadada Azərbaycan 56 idmançı ilə təmsil olunacaq. Məlum olduğu kimi, bu gün Rioda keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Olimpiadada Azərbaycan 56 idmançı ilə təmsil olunacaq.

“Onlara keşiş də xeyir-dua verirdi” - Nazirlik rəsmisiylə müsahibə

Məlum olduğu kimi, bu gün Rioda keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Olimpiadada Azərbaycan 56 idmançı ilə təmsil olunacaq.


Gənclər və İdman Nazirliyinin hazırda Rioda olan mətbuat xidmətinin rəhbəri Samayə Məmmədova oradakı vəziyyətlə bağlı AzNews.az-a müsahibə verib.

- Səmayə xanım, idmançılarımız Rioda yerləşə biliblərmi? Hansısa problemlə qarşılaşmadılar ki?

- İdmançılar atletlər kəndində yerləşdiriliblər. Rio-de-Janeyronun Atletlər kəndi olimpiya oyunları tarixinin ən böyük Atletlər kəndi hesab olunur. Biz idmançılarla Azərbaycan bayrağının qaldırılma mərasimində görüşdük. Şəraitlərinin çox yaxşı olduğunu dedilər. İdmançılarımız oyunlar öncəsi o qədər həyəcanlı, narahat olurlar ki, qaldıqları məkanda bir problem olsa, onu gizlətməzlər. Hansısa problem olarsa, nazirliyin kənddəki "Chef de mission"-u - Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov müdaxilə edəcək.

- Braziliyada nazirlik rəsmilərindən başqa kimlər var?

- Nazirliyin bir neçə əməkdaşı Riodadır. Diqqətinizə çatdırım ki, İlham Mədətov və bir neçə əməkdaşımız Atletlər kəndində qalır. Onlardan başqa heç kimə kənddə qalmağa icazə verilmir. Bu, tək bizə aid deyil, Atletlər kəndinin qayda-qanunudur. Hətta media nümayəndələri belə Atletlər kəndində qala bilməz. Atletlərin rahatlığı baxımından bu, vacibdir.

- Hava limanında idmançılar yola salınarkən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev də orada idi. O, Quranı əlində tutub idmançıların altdan keçməsi üçün göstəriş verirdi. Bu, birmənalı qarşılanmadı, tənqidə tuş gəldi. Bu məsələ ilə bağlı nazirliyin də mövqeyini öyrənmək istərdik.



- Biz müsəlman ölkəsində yaşayırıq. Düzdür, çox tolerantıq, müasirik. Mən şəxsən əcnəbi ölkələrdə olduğum zaman eşitdiyim və qürurla söylədiyim bir ifadə var. Deyirlər ki, sizin ölkəniz çox müasirdir, İslam ölkəsi olaraq bu müasirliyi, tolerantlığı qoruyub saxlaya bilmisiniz. Əgər fikir verdinizsə hava limanında təkcə hacı yox, eyni zamanda keşiş də var idi. Çünki bizim atletlər arasında müxtəlif dinlərə məxsus olan insanlar var.

O ki, qaldı idmançıların Quranın altından keçirilməsi məsələsinə, xahiş edirəm bu, müzakirə mövzusuna çevrilməsin. Heç kim, məcburiyyət qarşısında Quranın altından keçirilmirdi. Buna inanan idmançılar var. Həm də ki, bu, ilk deyildi. London olimpiadasında da, Pekin olimpiadasında da Quranın altından keçib gedən idmançılar olub. Bizim adətimiz var.

Gəlin köçəndə də ata qızını, oğlunu Quranın altından keçirir. Biz müsəlmanıq. Bütün jurnalistlərə üzümü tutub deyirəm ki, idmançılar yazılan hər şeyi oxuyurlar. İnanın ki, gedən hər bir yazı, deyilən hər bir söz onlara təsir edir.

- Səmayə xanım, nazir Azad Rəhimov ölkəyə tez qayıdacaq ya olimpiada bitənə qədər gözləyəcək?

- Hər olimpiadada olduğu kimi, burada da bütün yarışlarda cənab nazir özü iştirak edəcək.

Aygün İLQARQIZI