23:26
(077) 610-22-33

Püşk atıldı - “Qarabağ” və “Qəbələ”nin rəqibi bəlli oldu

  • >
2 073 5 Avqust 2016 15:24 | İdman

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.


AzNews.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində, saat 15:00-da başlayan tədbirdə Azərbaycanın Avropa Liqasındakı təmsilçiləri - "Qarabağ"la "Qəbələ"nin də rəqibləri bəlli olub. "Qəbələ"nin Avroliqanın pley-offundakı rəqibi Sloveniyanın "Maribor " klubu olub. Püşk "Qarabağ"a rəqib kimi isə İsveçin "Höteborq" klubunu çıxarıb.

Pley-off mərhələsinin oyunları avqustun 18-də və 25-də keçiriləcək.

"Dinamo" (Tbilisi, Gürcüstan) - PAOK (Yunanıstan)
"Midtyulland" (Danimarka) - "Osmanlıspor" (Türkiyə)
"Beytar" (İsrail) - "Sent-Etyenn" (Fransa)
"Voyvodina" (Serbiya) - "Alkmaar" (Hollandiya)
"Maribor" (Sloveniya) - "Qəbələ" (Azərbaycan)
"Qarabağ" (Azərbaycan) - "Höteborq" (İsveç)
Bağla X