04:12
(077) 610-22-33

Orxan Səfərov yarışlardan medalsız ayrıldı - Yenilənib

  • >
5 191 7 Avqust 2016 10:45 | İdman

Orxan Səfərov bürünc medal uğrunda Naohisa Takato ilə mübarizə aparıb, amma bu cəhdi də uğursuz.


İdmançımız 2 cərimə balı ilə uduzub. Beləliklə, Orxan yarışlardan medalsız ayrılıb.

***
23:45

Rio-2016: Orxan Səfərov 3-cü yer uğrunda mübarizə aparacaq.

AzNews.az-ın məlumatına görə, cüdoçumuz yarımfinalda qazaxıstanlı rəqibinə məğlub olub.

***
20:46

Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının 1/16 finalında Xuan Postiqosu (Peru) sınağa çəkib. Vazaari və yuko fəndləri ilə qalib gələn təmsilçimiz 1/8 finalda Otar Bestayev (Qırğızıstan) ilə qarşılaşıb. Görüşün gedişində geri düşən idmançımız ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Bu mərhələdə həmyerlimiz braziliyalı cüdoçu Felipe Kitadai ilə görüşüb. Bu rəqibini də ipponla məğlub edən Orxan yarımfinala yüksəlib.

Cüdoçumuz bu mərhələdə qazax idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.

***

Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında növbəti qələbəsini qazanıb.

Cüdoçumuz 1/8 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayevi məğlub edib.

O. Səfərov 1/4 finalda Felipe Kitadai (Braziliya) – Tobias Enqlmayer (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.

APA.az

***
18:16

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov da mübarizəyə qoşulub.

Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/32 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gəlib. Rəqibini məğlub edən
O.Səfərov növbəti mərhələyə yüksəlib.

Modern.az
Bağla X