Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti qarşılaşmalar keçirilir. Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti qarşılaşmalar keçirilir.

Rio-2016: Bayraqdarımız qələbəylə başladı

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti qarşılaşmalar keçirilir.


AzNews.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Teymur Məmmədov ilk görüşünə çıxıb. 2012 London Olimpiadasının bürünc və Avropa Oyunlarının qızıl medalçısı olan Məmmədov mübarizəyə 1/16 final mərhələsindən start verib.

Azərbaycan Olimpiya komandasının bayraqdarının rəqibi ukraynalı Denis Solonenko olub.

Əsas medal ümidlərimizdən biri olan təcrübəli idmançımız ilk görüşündə qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb.

Yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur.