Bu gün Azərbaycan yığmasının daha 3 üzvü Rio XXXI Olimpiya Oyunlarında mübarizəyə qoşulur. Bu gün Azərbaycan yığmasının daha 3 üzvü Rio XXXI Olimpiya Oyunlarında mübarizəyə qoşulur.

Rio-2016-da IV gün - Daha 3 idmançımız mübarizəyə qoşulur

Bu gün Azərbaycan yığmasının daha 3 üzvü Rio XXXI Olimpiya Oyunlarında mübarizəyə qoşulur.


AzNews.az saytının məlumatına görə, Rio Olimpiadasının IV günü idmançılarımızdan ikisi medallar uğrunda mübarizə aparacaq, biri isə ilk görüşə çıxacaq. Belə ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov mübarizəyə 1/16 final mərhələsindən start verəcək. 2015 Tbilisi Qran-Prisinin və son Avropa çempionatının qızıl medalçısı olan təmsilçimizin rəqibi Faye Nije (Qambiya)/Didar Həmzə (Qazaxıstan) cütünün qalibi olacaq.

Qılıncoynatmanın sablya növü üzrə ölkəmizi təmsil edəcək Səbinə Mikinanın da taleyinə bu gün aydınlıq gələcək.

Digər təmsilçimiz, 91 kq çəki dərəcəsində çıxış edəcək Abdulqadir Abdullayev isə ilk görüşünü keçirəcək. Dəri əlcək ustamız yarışa 1/8 final mərhələsindən start verəcək. Avropa Oyunlarının qızıl mükafatçısının rəqibi fransalı Pol Omba Bionqolo olacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

17:00 Cüdo. Rüstəm Orucov (73 kq).

17:20 Qılıncoynatma. Səbinə Mikina 116 finaldakı rəqib tunusli Azza Besbes olacaq.

20:45 Boks. Abdulqadir Abdullayev (91 kq) 1/16 final görüşünü keçirəcək.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.

Aygün