Rio-2016-da növbəti seks qalmaqalı yaşanıb. Rio-2016-da növbəti seks qalmaqalı yaşanıb.

Rio-2016-da Namibiyanın bayraqdarı həbs edildi

Rio-2016-da növbəti seks qalmaqalı yaşanıb.


Namibiya millisinin boksçusu Cunius Conas (64 kq) Olimpiya kəndində otaqları təmizləyən xadiməni zorlamağa cəhd edib.

Açılış mərasimində ölkəsinin yığma komandasının bayraqdarı olan 22 yaşlı afrikalı həbs olunub və hazırda müvəqqəti saxlanma kamerasındadı. Conas Rio-2016-da iştirak hüququndan məhrum edilib.

Qeyd edək ki, bu, Olimpiya kəndində son günlərdə yaşanan ikinci belə hadisədi. 4 gün öncə mərakeşli boksçu Hassan Saad birdən-birə 2 xadiməni zorlamağa cəhd etdiyi üçün həbs olunmuşdu.

Yarışlardan kənarlaşdırılan mərakeşli də namibiyalı kimi hələ də polis bölməsində saxlanılır.

Apasport.az