Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı ilk döyüşünə çıxıb. Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı ilk döyüşünə çıxıb.

Daha bir boksçumuz ilk görüşdən qalib ayrıldı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı ilk döyüşünə çıxıb.


75 kq çəki dərəcəsində keçirilən görüşdə rəqib çinli Çao Minqqanq olub.

Görüş Şahsuvarlının qələbəsi ilə yekunlaşıb - 3:0.

Onun 1/8 finalda rəqibi rusiyalı Artyom Çebotaryov olacaq. Döyüş avqustun 13-də saat 01:30-da başlayacaq.

Qeyd edək ki, daha öncə Azərbaycan boksçularından Teymur Məmmədov (81 kq) 1/8 finala, Abdulqadir Abdullayev (91 kq) isə 1/4 finala yüksəlib. Yalnız Rüfət Hüseynov (49 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.


Report.az