Rioda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan yığması çıxışlarını davam etdirir. Oyunların VI günündə millimizin daha 6 üzvü yarışacaq. Rioda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan yığması çıxışlarını davam etdirir. Oyunların VI günündə millimizin daha 6 üzvü yarışacaq.

6 idmançımız üçün medal şansı - Yarışlar başlayır

Rioda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan yığması çıxışlarını davam etdirir. Oyunların VI günündə millimizin daha 6 üzvü yarışacaq.


AzNews.az xəbər verir ki, bunlardan cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə debüt edəcəkləri halda digər 3 atletimiz mübarizəni davam etdirəcəklər.

Cüdo

Məmmədəli Mehdiyev (90 kq) yarışa 1/16 final mərhələsindən start verəcək. Avropa Kubokunun qalibi olan idmançımızın rəqibi rusiyalı Kiril Denisov olacaq. Görüş saat 17:55-də başlayacaq. Həmyerlimiz bu mərhələni keçəcəyi halda 1/8 finalda Zak Piontek (CAR)/Tyaqo Kamilo (Braziliya) cütünün qalibi ilə qarşılaşacaq.

Üzgüçülük

100 metr məsafəyə sərbəst üzmədə Fatimə Alkərimova yarışacaq. Təsnifat mərhələsində çıxış edəcək 14 yaşlı idmançımız 1-ci qrupda mübarizə aparacaq.
Xanım atletimizin yarışı saat 20:15-də start götürəcək.

200 metr məsafəyə arxasıüstə üzmədə isə Boris Kirilov öz gücünü sınayacaq. O da xanım idmançımız kimi ən zəiflərin toplaşdığı 1-ci qrupdan mübarizəyə başlayacaq. Yarış saat 20:40-da başlayacaq.

Həm xanımlarda, həm kişilərdə bu mübarizədə də ən yaxşı 16 üzgüçü yarımfinalda çıxış etməyə haqq qazanacaq.

Kanoe Slalom

Yuri Meqliç yarımfinal mərhələsində gücünü sınayacaq. 1 nəfərlik kayak qayığı (K-1) ilə mübarizə aparan idmançımız 15 atlet arasında ilk 10-luqda yer alaraq final mərhələsinə yüksəlməyi hədəfləyir. Yarımfinal görüşləri saat 20:30-da start götürəcək.

Boks

Abdulqadir Abdullayev (91 kq) növbəti döyüşünə çıxacaq. Boksçumuz 1/4 final mərhələsində özbəkistanlı Rüstəm Tulaqanovla gücünü yoxlayacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Boksçumuz qələbə qazanacağı halda, özü üçün ən azı bürünc medalı təmin edəcək.

İdman gimnastikası

Rio-2016 Yay Olimpiya Oyunlarında idman gimnasitikası yarışlarında kişilər arasında çoxnövçülük üzrə final mübarizəsində Oleq Stepko da medallar uğrunda yarışacaq. Həlledici mərhələyə 24 idmançı qatılacaq. Avropa Oyunlarının 5 qat mükafatçısı Bakı vaxtı ilə saat 23:00-dan mübarizəyə qoşulacaq.

Aygün İLQARQIZI