Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti yarışlar keçirilib. Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti yarışlar keçirilib.

Boksçumuz 1/4 finalda məğlub oldu

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti yarışlar keçirilib.


Tarixində ilk dəfə mötəbər turnirdə tam heyətlə təmsil olunan Azərbaycan yığmasının üzvü Abdulqadir Abdullayev (91 kq) növbəti döyüşünə çıxıb.

İlk qarşılaşmasında fransalı Pol Omba Bionqoloya texniki nokautla qalib gələn boksçumuz 1/4 final mərhələsində özbəkistanlı Rüstəm Tulaqanovla gücünü yoxlayıb. Görüş təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi Olimpiadada 10 kişi və 1 qadın boksçu ilə təmsil olunur. Onlardan hələlik rinqə çıxan Rüfət Hüseynov (49 kq) mübarizəni dayandırsa da, Albert Səlimov (60 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da ilk görüşünü qələbə ilə başa vurub.


Apasport.az