Azərbaycanlı ağır atlet Nicat Rəhimov Rioda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Azərbaycanlı ağır atlet Nicat Rəhimov Rioda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Millimizdən gedən idmançı rekord vurdu, qızıl medal aldı - Qazaxıstan üçün

Azərbaycanlı ağır atlet Nicat Rəhimov Rioda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.


AzNews.az xəbər verir ki, həmyerlimiz qızılı Azərbaycanın aktivinə yox, çıxış etdiyi Qazaxıstan milli komandasının aktivinə yazdırıb. 23 yaşlı idmançı bu nailiyyətə 77 kq. çəki dərəcəsində nail olub. O, birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Rəhimovun təkanla ikinci cəhdində öhdəsindən gəldiyi ağırlıq onu həm də dünya rekordçusu edib.

Onun üçüncü yanaşma üçün də imkanı olub. Lakin Azərbaycan əsilli ağırlıqqaldıran buna lüzum görməyib. Bu, Qazaxıstanın "Rio-2016"da ilk qızıl medalı olub. Hazırda 1 qızıl, 2 gümüş və 3 bürünc medala malik Qazaxıstan 12-ci pillədə qərarlaşıb.

Gümüş medala eyni nəticə ilə çinli Siaojun Lyu (177 kq + 202 kq) sahib çıxıb. Bürünc medalı isə misirli Mohamed Mahmud 361 kq (165 kq + 196 kq) əldə edib.

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qalib olub. O, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul edib və bu ölkəni təmsil etməyə başlayıb. Rəhimov 2015-ci ildə Qazaxıstana 77 kq-da dünya çempionluğu qazandırıb.

Xatırladaq ki, Azərbaycan Ağır Atletika milli komandası və keçmiş baş məşqçisi Zlatan Vanevlə problemlər yaşadığına görə, o, yığmamızı tərk edib.

Aygün İLQARQIZI







image description image description image description