09:07
(077) 610-22-33

Rioda VII gün - 2 idman növündə 5 idmançı

  • >
3 866 11 Avqust 2016 10:51 | İdman

Rioda keçirilən Olimpiya Oyunlarının VII günündə Azərbaycan yığması çıxışlarını davam etdirir.


AzNews.az-ın məlumatına görə, oyunlarda Azərbaycanın daha 5 üzvü çıxış edəcək.

Cüdo

Elmar Qasımov (100 kq) Olimpiadaya 1/16 final mərhələsindən başlayacaq. Təmsilçimizin ilk rəqibi Taqir Xaybullayev olacaq. Təmsilçimizin rəqibi olimpiya çempionudur. E.Məmmədovun mübarizəsi Bakı vaxtı saat 17:00-da start götürəcək.

Boks

Cavid Çələbiyev ( 56 kq) yarışa 1/16 finaldan start verəcək. Onun rəqibi qazaxıstanlı Kayrat Yeraliyev olacaq. Görüş Bakı vaxtı ilə 00:30-da start götürəcək.

Lorenzo Sotomayor (64 kq) Olimpiadaya 1/16 finaldan başlayacaq. Avropa Oyunlarının qızıl medalçısı debütdə ukraynalı Volodimir Matviçuku mübarizədən kənarlaşdırmağa çalışacaq. Döyüş Bakı vaxtı ilə 00:45-də başlayacaq.

Pərviz Bağırov (69 kq) 1/8 finalda Fransa təmsilçisi Sissoko Süleyman Diopla gecə 01:30-da qarşılaşacaq.

Teymur Məmmədov (81 kq) ikinci matçını keçirəcək. O, 1/8 finalda hollandiyalı Peter Müllenberq ilə üz-üzə gələcək. Gecənin son döyüşü 02:30-da başlayacaq.

Aygün
Bağla X