Barəsində qəti həbs qərarı verilən məşhur futbolçu Hakan şükürün atası Selmet Şükür bu gün Adabazarı qəsəbəsində həbs olunub. Barəsində qəti həbs qərarı verilən məşhur futbolçu Hakan şükürün atası Selmet Şükür bu gün Adabazarı qəsəbəsində həbs olunub.

Hakan Şükür və atası həbs ediləcək - Qərar verildi (Yenilənib + Foto)

Barəsində qəti həbs qərarı verilən məşhur futbolçu Hakan şükürün atası Selmet Şükür bu gün Adabazarı qəsəbəsində həbs olunub.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Sermet Şükür Fətullahçı Terror Təşkilatının dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq tədbirləri çərçivəsində həbs edilib.

Həmçinin sabiq millət vəkili, məşhur futbolçu Hakan Şükür və onun atasının bütün mal-dövlətinə həbs qoyulub.



***
08:50

Türkiyənin tanınmış sabiq futbolçusu Hakan Şükür və atasının tutulması barədə həbs qərarı verilib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Sakarya Respublika Prokurorluğunun Fətullahçı Terror Təşkilatının çevriliş cəhdinə dair araşdırması çərçivəsində sabiq millət vəkili və məşhur futbolçu olan Hakan Şükürün tutulması üçün işə başlanılıb.

Ölkə xaricinə çıxan Hakan Şükür "silahlı terror təşkilatına üzv olmaq"da ittiham edilir.

Sakarya Respublika Prokurorluğu həmçinin onun atası Selmet Şükür haqqında da qəti həbs qərarı verib.

Qeyd edək ki, Hakan Şükür və ailəsi ötən ilin dekabr ayında Türkiyədən gedib.