11:44
(077) 610-22-33

Cüdoçumuz uduzdu - Yenilənib

  • >
2 536 12 Avqust 2016 18:04 | İdman

Rio Yay Olimpiya Oyunlarında bu gün cüdo yarışları başa çatır.


AzNews.az xəbər verir ki, Olimpiya oyunlarının VIII gününüdə daha 2 dəst medal sahibini tapacaq.

Qadın cüdoçuların yarışında təmsil olunmayacağımızdan, kişi idmançıların mübarizəsində Uşanqi Kokauri (+100 kq) Azərbaycan yığmasına növbəti medalı qazandırmağa çalışır. Təmsilçimiz mübarizəyə 1/16 finaldan qoşulub. Uşanqi Kokauri mərhələ adlamaq üçün latviyalı Arturs Nikiforenko ilə üz-üzə gəlib. Döyüş cüdoçumuzun təmiz qələbəsi ilə yekunlaşıb. Kokauri ipponla mərhələ adlayıb.
Yığmamızın ən ağır çəkili cüdoçusu 1/8 finalda Hisoyoşi Harasava (Yaponiya) ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:03-də start götürəcək.

17:33
***

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Uşangi Kokauri ikinci görüşünə çıxıb.

100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı 1/8 finalda yaponiyalı Hisayoşi Haraşava ilə üz-üzə gəlib.

Qarşılaşmanın əvvəlində Haraşava xəbərdarlıq xalı alsa da, sonradan ipponla qələbəyə nail olub.

Bununla da Kokauri və Azərbaycan cüdo yığması olimpiadada çıxışını başa vurub. Yığma üzvlərindən Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş medal qazanıb.

Aygün
Bağla X