Rio Olimpiadasında boks yarışları davam edir. Rio Olimpiadasında boks yarışları davam edir.

Bayraqdarımız məğlub oldu - Sotomayor isə 1/4 finalda

Rio Olimpiadasında boks yarışları davam edir.


Azərbaycan yığmasının iki üzvü də növbəti döyüşlərini keçiriblər.

Rinqə ilk olaraq Lorenzo Sotomayor çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz gücünü 1/8 final mərhələsində sınayıb. Onun rəqibi fransalı Hassan Amzile olub. 2:1 hesabı ilə qalib gələn təmsilçimiz 1/4 finala yüksəlib.

Gecənin ikinci döyüşündə isə London Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın bayraqdarı Teymur Məmmədov yumruqlarının gücünü sınayıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qazaxıstanlı Adilbek Niyazimbetovla döyüşüb. Təssüf ki, medalın bir addımlığında olan boksçumuz bu hədəfinə çata bilməyib. Rəqibinə 0:3 hesabı ilə məğlub olan Məmmədov Olimpiadada çıxışını başa vurub.

Apasport.az