UEFA futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayevə yeni təyinat verib. UEFA futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayevə yeni təyinat verib.

UEFA azərbaycanlı hakimə təyinat verdi

UEFA futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayevə yeni təyinat verib.


AzNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Y.Nurullayev UEFA kubokunun ilkin təsnifat mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Qrupda Almaniyanın "Hamburg Panthers", Uelsin "Kardiff Universiteti", Norveçin "Sandefjord Fotball" və Moldovanın "Klassik Kişinau" komandaları mübarizə aparacaq.

Qeyd edək ki, oyunlar 18-21 avqustda Moldovada keçiriləcək.