08:10
(077) 610-22-33

27 idmançının puç etdiyi ümidlər

  • >
2 431 15 Avqust 2016 13:45 | İdman

Rioda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən 56 idmançıdan 29-u çıxışını tam başa vurub.


AzNews.az xəbər verir ki, çıxış edənlər arasında sadəcə 2 cüdoçu mükafat qazanıb. Hələlik Rüstəm Orucovla Elmar Qasımov gümüş medalla kifayətlənib.

Bununla da Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayı 27-yə çatıb. Onlardan 13-ü legionerdir.

Velosipedçi Olqa İsmayılova, atlet Anna Skidan, cüdoçu Uşangi Kokauri, idman gimnastları Oleq Stepko və Petro Paxnyuk, boksçular Məhəmmədrəsul Məcidov, Abdulqadir Abdullayev və Albert Səlimov, velosipedçi Yelena Pavluxina, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, kanoe-slalomçu Yure Meqliç və oxatan Olqa Senyuk …

Güləş (Yunan-Roma)

Rövşən Bayramov (59 kq) - 5-ci yer
Elvin Mürsəliyev (75 kq) - 7-ci yer

Cüdo

Elmar Qasımov (100 kq) - gümüş
Rüstəm Orucov (73 kq) - gümüş
Orxan Səfərov (60 kq) - 5-ci yer
Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer
Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub
Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub.

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer
Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Boks

Teymur Məmmədov (81 kq) - 1/4 finalda uduzub
Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub
Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub
Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda uduzub
Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub
Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub
Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer
Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib
Olqa İsmayılova (keyrin) - yarımfinala yüksələ bilməyib
Olqa İsmayılova (sprint) - 27 iştirakçı arasında 13-cü yer

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Akademik avarçəkmə

Aleksandr Aleksandrov – Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer
Ruslan Lunyov (25 metr məsafəyə sürətli atış) - seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub

Atletika

Anna Skidan (çəkicatma) - seçmə mərhələdə B qrupunda 7-ci yer.
Bağla X