23:35
(077) 610-22-33

İdmançımız finalda - Yenilənib

  • >
3 945 15 Avqust 2016 19:37 | İdman

Bu gün Rioda keçirilən Yay olimpiya oyunlarının XI günündə kayak yarışlarına start verilib.


AzNews.az-ın məlumatına görə, bu idman növündə Azərbaycanı olimpiya və dünya çempionu İnna Osipenko-Radomskaya təmsil edir. İnna Osipenko Rodomska oyunlarda ilk cəhdində 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə seçmə yürüşünə qatılıb.

İdmançımızın təsnifat mərhələsində rəqibləri özbəkistanlı Olqa Umaraliyeva, slovakiyalı Martina Kohlova, kubalı Yusmari Menqana, almaniyalı Konni Vassmut, argentinalı Sabrina Amegino və CAR təmsilçisi Bricit Ellen Hartli olub. Kayakçımız finişə 40,702 saniyəyə çataraq yürüşü 1-ci pillədə bitirib. Bununla da o yarımfinala yüksəlib.

Osipenko Rodomska təsnifat mərhələsinin 28 iştirakçısı arasında isə 5-ci nəticəni göstərib. Bu mərhələdə yürüşlərə saat 18:00-dan etibarən start veriləcək. 3 yürüşün hər birində ilk 2 yeri tutanlar və 3-cü yerin sahibləri arasında ən yaxşı 2-si finala vəsiqə qazanacaq. 8 ən güclü kayakçının iştirakı ilə həlledici yürüş sabah saat 16:47-də başlayacaq.

Qeyd edək ki, Ukrayna yığmasının heyətində Pekin-2008-də qızıl, London-2012 də 2 gümüş və Afina-2004-də bürünc medal qazanan Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə də iştirak edəcək. Bu yarış isə avqustun 17-də start götürəcək.

17:35
***

Azərbaycan idmançısı İnna Osipenko Radomskya Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında bu gün baydarkada 200 metr məsafəni qət etmək yarışında finala çıxıb.

AzNews.az-ın məlumatına görə, yarımfinalda Osipenko ən yaxşı nəticəni göstərib - 39,803.


Aygün
Bağla X