Yunan-Roma güləşi növündə Azərbaycanın “Rio-2016”da son təmsilçisi Rəsul Çunayev (66 kq) ilk görüşünü uğurla başa vurub. Yunan-Roma güləşi növündə Azərbaycanın “Rio-2016”da son təmsilçisi Rəsul Çunayev (66 kq) ilk görüşünü uğurla başa vurub.

Çunayev yarımfinalda uduzdu - Fotolar + Yenilənib

Yunan-Roma güləşi növündə Azərbaycanın “Rio-2016”da son təmsilçisi Rəsul Çunayev (66 kq) ilk görüşünü uğurla başa vurub.


AzNews.az xəbər verir ki, kubalı rəqibi Migel Martines Palasioya qalıb gələn güləşçimiz səkkizdəbir finala yüksəlib.

Təcrübəli güləşçimiz növbəti mərhələdə Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyev (Rusiya) - İon Panait (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

17:10
***


Rəsul Çunayev növbəti qələbəsini qazanıb. Təmsilçimiz səkkizdəbir final mərhələsində rusiyalı rəqibi Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyevi məğlub edib.

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gələcək. Qarşılaşma 18:04-də başlanacaq.

17:53
***


Azərbaycan güləşçisi Rəsul Çunayev Rio-2016-da artıq yarımfinala yüksəlib. İdmançımız rəqibi Əlcəzair idmançısı Əziz Tarik Benaysa üzərində 10:2 hesabı ilə vaxtından əvvəl qələbə qazanıb.

20:29
***

Güləşçimiz Rəsul Çunayev (66 kq) yarımfinalda erməni Miqran Arutyunyanla üz-üzə gəlib.

İdmançımız rəqibinə uduzaraq finala vəsiqə qazana bilməyib.

Məğlubiyyətə baxmayaraq, R. Çunayevin medal qazanmaq şansı qalır. O, saat 00:15-də bürünc uğrunda güləşəcək. Güləşçimizin rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.