10:34
(077) 610-22-33

Çunayev danışdı: “İstirahət etməyə imkan olmadı”

  • >
5 767 17 Avqust 2016 10:18 | İdman

"Bura qızıl medal üçün gəlmişdim, amma təəssüflər olsun ki, bunu qazana bilmədim. Məni dəstəkləyənlərin hamısına çox minnətdaram".


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AzNews.az-a verdiyi məlumata görə, bunu Rio-2016-da bürünc medal qazanan güləşçimiz Rəsul Çunayev deyib.

R.Çunayev yarımfinalda məğlub olmasının səbəbindən də danışıb: "Çoxdandır mən 66 kq çəki dərəcəsində çıxış etmirdim, Olimpiadaya düşmək üçün çəkimi aşağı salmalı oldum. Əlbəttə, çəkimi aşağı salmağım böyük rol oynadı, qısa vaxt ərzində döşəyə çağırdılar, istirahət etməyə imkan olmadı. Həm də, püşküm çətin idi. Tanıdığım rəqiblər idi. Rəqiblərim olimpiya, dünya çempionları idi, gərək güclünü məğlub edəsən ki, qalib gələsən. Yalnız yarımfinal görüşündə bu alınmadı".

Qeyd edək ki, Azərbaycanın yunan-roma güləşçisi R.Çunayev Rio-2016 Olimpya Oyunlarında bürünc medal qazanıb.
Bağla X