Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir. Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir.

İdmançılarımız üçün 6 medal şansı - Stadnik yarışa çıxır

Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir.


AzNews.az xəbər verir ki, yarışların XII günündə milli komandamızın 6 idmançısı mübarizəyə qoşulacaq.

Taekvondo

Patimat Abakarova (49 kq) turnirə 1/8 final mərhələsindən start verəcək. Onun ilk rəqibi serbiyalı Tiyana Boqdanoviç olacaq. Bu rəqib həmyerlimiz üçün kifayət qədər tanışdı. Çünki Patimat Bakı-2015-in yarımfinalında serbiyalıya məğlub olmuşdusa, bu il Türkiyədə Avropa Təsnifat Turnirində Boqdanoviçə məhz həlledici görüşdə qalib gəlib. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Kanoe Sprint

Aleksandr Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr, İnna Osipenko-Radomskaya isə 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşə başlayacaq.

Əvvəlcə kanoeçimiz start xəttinə çıxacaq. O, ilk olaraq təsnifat mərhələsində yarışacaq. Dördüncü seçmə qrupda mübarizə aparacaq Demyanenkonun rəqibləri bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardi olacaq.

Reqlamentə əsasən, 4 seçmə qrupda ilk 5 yeri tutan idmançı və bütün qruplar üzrə ən yaxşı nəticə gösrən 6-cı kanoeçi yarımfinal mərhələsinə yüksələcək.

Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 16:15-də başlayacaq. Təmsilçimiz yarımfinala yüksələcəyi halda isə final üçün saat 17:40-da yürüş xəttinə çıxacaq.

Güləş

Yarışa 1/8 finaldan başlayacaq xanım idmançılarımızdan Mariya Stadnik (48 kq) gücünü argentinalı Alexandra Patrisia Bermudez üzərində sınaqdan keçirəcək. Pekin Olimpiadasında bürünc, London Olimpiadasında isə qızıl medal qazanmış təmsilçimiz növbəti çempionluq üçün ilk rəqibini yolundan kənarlaşdırmalıdır. Bu görüş 17:45-də başlayacaq.

Yuliya Ratkeviç (58kq) Olimpiadaya komanda yoldaşı kimi 1/8 finaldan start verəcək. Onun ilk rəqibi ukraynalı Oksana Herhel olacaq. London Olimpiya Oyunlarında bürünc medal qazanmış təmsilçimizin ilk qarşılaşması saat 17:55-ə planlaşdırılıb.

Boks

Elvin Məmişzadə (52 kq ) ölkəmizə növbəti mərhələdə - 1/4 finalda isə onun rəqibi özbəkistanlı Şaxobidin Zairov olacaq. Dünya çempionumuz bu rəqibinə qalib gələcəyi halda, yarımfinala yüksəlməklə yanaşı ən az bürünc medalı da özü üçün təmin edəcək.

Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Aygün İLQARQIZI