Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir. Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.

Stadnik finalda uduzdu- Gümüş medal qazandı

Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.


AzNews.az xəbər verir ki, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariya Stadnik 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.
Bununla da idmançımız ən azı gümüş medalı təmin edib.

Yarımfinalda təmsilçimiz bolqarıstanlı Elitsa Atanasova Yankovanı 6:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

***

Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. Təmsilçimiz Tosakaya 2:3 hesabı ilə məğlub olaraq Olimpiya oyunlarının gümüş medalını qazanıb.