Rioda təşkil olunan XXXI Yay Olimpiya Oyunları davam edir. Rioda təşkil olunan XXXI Yay Olimpiya Oyunları davam edir.

Rioda XIII gün - 4 medal və 1 final şansı

Rioda təşkil olunan XXXI Yay Olimpiya Oyunları davam edir.


AzNews.az-ın məlumatına görə, yarışların XIII günündə milli komandamızdan 5 idmançı mübarizəyə qoşulacaq.

Kanoe Sprint
200 metr
Final


Start xəttinə ilk olaraq Aleksandr Demyanenko çıxacaq. 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə çıxış edən legioner idmançı təsnifat və yarımfinal mərhələsini uğurla başa vuraraq finala vəsiqə qazanıb. Medallar uğrunda mübarizədə onun rəqibləri Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Martin Funksa (Çexiya), Andrey Kraytor (Rusiya) və Tomas Simart (Fransa) olacaq.

Qeyd edək ki, Kraytor idmansevərlərimiz üçün tanış simadıR. Azərbaycan yığmasının sabiq üzvü olan kanoeçi Olimpiadaya son anda buraxılıb. Bu yarış Bakı vaxtı ilə saat 16:20-də start götürəcək.


Kayak
500 metr
Final


İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə 500 metr məsafədə mükafatçılar sırasına düşməyə çalışacaq. O, medallar uğrunda Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Martina Kohlova (Slovakiya) ilə mübarizə aparacaq. Yarış saat 17:10-da başlayacaq.


Güləş

Güləş yığmamızın sonuncu xanım üzvü Nataliya Sinişin (53 kq) olimpiadaya 1/8 final mərhələsindən başlayacaq. Avropa çempionatının qızıl, AvropA Oyunlarının isə bürünc medalçısı olan təmsilçimizin ilk rəqibi dünya güləşinin əfsanəsi Saori Yoşida olacaq.

3 qat olimpiya və 13 qat dünya çempionu olan yaponiyalı güləşçi ən çox dünya çempionu olmaqda kişilər və qadınlar arasında mütləq rekorda sahibdir.

Yarışlar saat 17:00-da başlayacaq.


Triatlon
Final


18:00. Rostislav Pevtsov

Boks

Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsində mübarizə aparacaq. Boksçumuz finalın bir addımlığındadıR. İlk 2 döyüşündə Zao Minqqanqla (Çin) Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran 26 yaşlı dəri əlcək ustamız 1/4 final çərçivəsində qazaxıstanlı Janıbek Alimxanuli ilə üz-üzə gəlib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlməklə özü üçün minimum bürünc medalı təmin edib.

Növbəti hədəf isə daha yüksək əyarlı medaldıR. Bunun üçün kubalı Arlen Lopezi mübarizədən kənarlaşdırmaq lazımdıR. 23 yaşlı təmsilçimizin görüşü Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Aygün