“Hesabda geri düşəndə yalnız onu lehimizə çevirmək barədə düşünürdüm. Hiss edirdim ki, qol vurmalıyıq”. “Hesabda geri düşəndə yalnız onu lehimizə çevirmək barədə düşünürdüm. Hiss edirdim ki, qol vurmalıyıq”.

“Hiss edirdim ki, qol vurmalıyıq” - Qriqorçuk

“Hesabda geri düşəndə yalnız onu lehimizə çevirmək barədə düşünürdüm. Hiss edirdim ki, qol vurmalıyıq”.


Bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasında ölkəmizi təmsil edən "qırmızı-qaralar" pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Maribor"u qəbul edib və qarşılaşma komandamızın qələbəsi ilə nəticələnib – 3:1.

Oyundan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis qələbəni şərh edib: "İndi də fərqli bir hiss keçirmirəm. Eyforiyaya qapılmamışam. Hamımız növbəti matçı düşünməyə çalışırıq və bu görüşü tez təhlil etmək fikrindəyik".

O bildirib ki, oyun boyunca emosional düşünmür: "Həmin dəqiqədə yalnız düşünürəm ki, nəyi dəyişə bilərəm".


Apasport.az