Azərbaycanı Rioda keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani ilk görüşünə çıxıb. Azərbaycanı Rioda keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani ilk görüşünə çıxıb.

Təmsilçimiz yarımfinalda - Yenilənib

Azərbaycanı Rioda keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani ilk görüşünə çıxıb.


AzNews.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən iranlı legioner 1/8 finalda Malidən olan İsmael Kulibali ilə qarşılaşıb. İlk yarıda Harçeqani rəqibin başına zərbə endirərək hesabı 4:0-a çatdırıb. Hakimlər tərəflərə xəbərdarlıq da ediblər.

İkinci hissədə Azərbaycan taekvondoçusu daha 7 xal qazanıb, rəqibi isə 4 xalla kifayətlənib.

Üçüncü hissədə tərəflər hərəyə 2 xal qazanıblar. Nəticədə 13:5 hesabı ilə qalib gələn Harçeqani 1/4 finalda Mahdi Xodabaxşi (İran) - Migel Ferrera (Honduras) cütünün qalibi ilə qarşılaşacaq. Bu qarşılaşma saat 22:45-də başlanacaq.


17:41
***


1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gələn Milad Beiqi Harçeqani rəqibini 17:5 hesabi ilə məğlub edərək ½ finala vəsiqə qazanıb.


Aygün