57 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Hacı Əliyev mübarizəyə 1/8 finaldan start verib. 57 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Hacı Əliyev mübarizəyə 1/8 finaldan start verib.

Həsənovdan ikinci qələbə - Əliyev “bürünc” ümidinə qaldı (Yenilənib)

57 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Hacı Əliyev mübarizəyə 1/8 finaldan start verib.


AzNews.az xəbər verir ki, təmsilçimizin ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub. Mircəlal Həsənzadənin əvəzinə Rioya yollanan 2 qat dünya çempionumuz ilk hissəni 8:2 hesabı ilə bitirib. Həmyerlimiz yekunda 12:2 hesablı qələbə qazanıb.

Hacı Əliyev 1/4 finalda Gürcüstan idmançısı Vladimir Xinçeqaşvili ilə qarşılaşacaq. Görüş saat 18:04-də start götürəcək.

17:45
***

Rioda keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçimiz Cəbrayıl Həsənov (74 kq ) da ilk görüşünə start verib.

AzNews.az-ın məlumatına görə, ikiqat Avropa çempionunun 1/8 finaldakı rəqibi kolumbiyalı Karlos Arturo İzkueyrdo Mendes olub. Görüş cəmi 2 dəqiqə 40 saniyə çəkib. İdmançımız görüşdə vaxtından əvvəl qələbə qazanıb (10:0). Növbəti mərhələdə oun rəqibi rəqibi Yakob Makaraşvili (Gürcüstan) - Georgi İvanov (Bolqarıstan) cütünün qalibi olacaq.

Görüş saat 18:20-də başlayacaq.

18:04
***

1/4 finalda gürcü idmançı Vladimer Xinçeqaşvili ilə güləşən Hacı Əliyev final şansını əldən verib. Xinçeqaşvili bu dəfə də həlledici mərhələyə yüksələrsə, Hacı Əliyev bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

***

1/4 final mərhələsində gürcü Jakob Makaraşvili ilə güləşən Cəbrayıl Həsənov bu dəfə də inamlı təsir bağışlayıb.

Vaxtından əvvəl qələbə qazanan (11-0) idmançımız yarımfinala yüksəlib.

1/2-də C.Həsənov rusiyalı güləşçi Aniuar Geduyevlə qarşılaşacaq.


Aygün İLQARQIZI