Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir. Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir.

Olimpiya çempionumuz yarışa çıxır

Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir.


AzNews.az xəbər verir ki, mötəbər turnirin XV günündə Azərbaycan yığmasının 4 üzvü medallar uğrunda mübarizə aparacaq.

Sərbəst güləş

Şərif Şərifov (86 kq) turnirə 1/8 finaldan start verəcək. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirəcək. Qarşılaşma saat 17:25-də başlayacaq.

Əgər o, 1/4 finala yüksələrsə, yarımfinal üçün Mateus Baranovski (Polşa) - Sandro Aminaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Ən ağır çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov (125 kq) da turnirə 1/8 finaldan başlayacaq. O, ilk cəhdində ABŞ güləşçisi İvaylov Dlaqnevi sınağa çəkəcək. Qarşılaşma saat 17:45-də start götürəcək.

Pəhləvanımız bu rəqibini geridə qoya bilsə, Robert Baran (Polşa) - Ayal Lazarev (Qırğızıstan) cütünün qalibi ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarışa ilk qoşulan sərbəst güləşçilərimizdən Hacı Əliyevlə (57 kq) Cəbrayıl Həsənov (74 kq) bürünc medal qazanıblar.

Taekvondo

Radik İsayev tatami üzərinə çıxacaq. +80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verəcək. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gələcək. Görüş saat 19:45-də başlayacaq.

İdmançımız 20 yaşlı gənc rəqibinə qalib gələcəyi halda, 1/4 finalda Arman-Marşal Silla (Belarus) - Dongmin Ça (Cənubi Koreya) cütünün qalibi ilə görüşəcək.

1/8 final

19:45. Radik İsayev (+80 kq) – Ruslan Japarov (Qazaxıstan)

Bədii gimnastika
Çoxnövçülük
Final


Təmsilşimiz Marina Durunda da medallar uğrunda mübarizə aparacaq. Avropa Oyunlarının gümüş mükafatçısının rəqibləri rusiyalı Marqarita Mamun və Yana Kudryavtseva, belaruslu Katsiarina Halkina ilə Melitina Staiouta, fransalı Kseniya Mustafayeva, ispan Karolina Rodrigez, cənubi koreyalı Cae Yen Son, ukraynalı Qanna Rızaddinova və bolqar Neviana Vladinova olacaq.

Halqa, top, gürz və lentlə hərəkətlərdə məharətini göstərəcək idmançımızın ilk çıxışı saat 22:20-də başlayacaq.

Aygün İLQARQIZI